Cubics BMS ilə iş prosesinin avtomatlaşdırılması

İş prosesinin avtomatlaşdırılması bugünün tələbidir. Bu proses gündəlik iş şəraitində manual şəkildə təyin edilən tapşırıq sayını azaltmağa köməklik göstərir. Nəticədə şirkətdaxili iş effektivliyinin artımı müşahidə edilir və biznesin strateji məsələlərinə daha çox diqqət və vaxt ayrılır.

Bəs iş prosesinin avtomatlaşdırılması üçün istifadə edilən proqram təminatında nələr olmalıdır? Gəlin onlara nəzər salaq:

1- sistem maksimal dərəcədə sadə olmalıdır

2- proqram təminatına giriş istənilən nöqtədən və cihazdan reallaşdırılmalıdır

3- bu həll şirkətin biznes proseslərinə aid tam özəlləşidirilə bilən olmalıdır

4- digər sistemlər ilə API vasitəsi ilə rahat inteqrasiya imkanlarına malik olmalıdır

5- dəstək xidməti sürətlə çalışmalıdır

Cubics şirkəti Cubics BMS biznes həllini məhz bu “olmalıdır” bəndlərinə əsaslanaraq tərtib edir. Bu proqram təminatı innovativ və lider şirkətlər tərəfindən istifadə edilən ən səmərəli və ən yüksək reytinqli biznes avtomatlaşdırma həllərindən biridir.

Cubics BMS proqram təminatının imkanları təkcə iş prosesinin rəqəmsallaşması və optimallaşması ilə bitmir. Bu ERP sistemi istənilən biznes proseslərinin avtomatlaşdırılması üçün uyğunlaşdırıla bilər: Tapşırıqlar, Müştəri bazası (CRM), Layihələr, Maliyyə hesabatları, Anbar, Kadrlar, İnsan Resursları, Çağrı mərkəzi, API inteqrasiyalar, Analitika və s.

Cubics BMS həlli barədə ətraflı məlumat üçün:
www.cubicsbms.com

Cubics haqqında ətraflı məlumat üçün:
www.cubics.technology